Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

SAXAL: "15 qırıcı İranın raket buraxılışı qurğularını bombalayıb"
Son bir neçə saat ərzində İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) İrandakı hərbi obyektlərə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə IDF məlumat yayıb.
"Son bir neçə saat ərzində İsrail Hərbi Hava Qüvvələrinə məxsus 15-ə yaxın döyüş təyyarəsi İranın qərbində raket buraxılış qurğularına bir sıra zərbələr endirib", - məlumatda deyilir.
İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində silsilə güclü partlayışlar baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, ən azı üç yaşayış məntəqəsi İsrailin hücumuna məruz qalıb. Zərbələr nəticəsində bir neçə dinc sakin həlak olub və yaralanıb.
İsrail Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında İranın qərbində yerləşən raket anbarlarına və raket buraxılış sistemlərinə hücum edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat İsrail Müdafiə Qüvvələrinin "Telegram" kanalında dərc edilib.
"25-dən çox qırıcı İranın Təbriz və Kirmanşah bölgələrində 35-dən çox raket anbarını və infrastruktur obyektini məhv edib", - məlumatda qeyd olunur.
Məlumatda həmçinin bildirilir ki, zərbələrin hədəfləri İsrail Hərbi Kəşfiyyat İdarəsi tərəfindən müəyyən edilib.
İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus 50 qırıcı təyyarəsi İranın nüvə proqramı ilə əlaqəli "prioritet hədəfləri", eləcə də Tehranda raket hissələrinin istehsal olunduğu obyektləri bombalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.
Eyni zamanda, İsrailin müdafiə naziri İsrael Kats ordunun İrana qarşı hücumlarının intensivliyinin artırılması, o cümlədən "rejimi destabilizasiya etmək" üçün göstəriş verib.
Öz növbəsində, İran İslam Respublikasının Səhiyyə Nazirliyi açıqlama verərək bildirib ki, bu səhər Tehranda yerləşən bir xəstəxana Yəhudi dövləti tərəfindən həyata keçirilən raket hücumuna məruz qalıb.
İsrail Hərbi Hava Qüvvələri İranın İsfahan və Tehran ərazisində yerləşən radar qurğularına və raket sistemlərinə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"İsfahan və Tehran ərazisində yerləşdirilən radar qurğuları və raket sistemləri İsrail təyyarələrini məhv etmək və onların əməliyyatlarını pozmaq məqsədi daşıyırdı", - İsrail Müdafiə Qüvvələrinin açıqlamasında qeyd olunur.
İsrail ordusu bəyan edib ki, bu əməliyyat İsrail Hərbi Hava Qüvvələrinin İranın hava məkanında hərəkət azadlığını genişləndirəcək.
İsrail hərbçiləri Tehranda onlarla hədəfi məhv edib. Zərbələr nəticəsində İran Müdafiə Nazirliyinin Müdafiə İnnovasiyaları və Tədqiqatları Agentliyinin (SPND) qərargahı, eləcə də raketlərin, həmçinin digər silah növlərinin istehsalı və hazırlanması ilə məşğul olan sənaye və elmi obyektlər hədəfə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, endirilən zərbələr çərçivəsində, həmçinin, İsrail ərazisinə atılmağa hazır vəziyyətdə olan üç raket qurğusu və həmin qurğuların buraxılmasına cavabdeh olan iranlı hərbi komandir də hədəfə alınıb.
İsrail İranın şimalında Xəzər dənizi sahilində yerləşən Rəşt şəhərinin ətrafına zərbələr endirib.
Oxu.Az-ın IRNA-ya istinadla məlumatına görə, bu barədə İranın Gilan vilayətinin vitse-qubernatoru Əli Baqeri məlumat verib.
"Bu gün səhər tezdən Rəştdəki Sefidrud texnologiya parkının ərazisi düşmən qüvvələri tərəfindən hücuma məruz qalıb. Hazırda (ərazi) mümkün ziyan baxımından yoxlanılır", - deyə o bəyan edib.
Agentliyin məlumatına görə, sənaye zonasında partlayış baş verib.
Ötən gecə İsrail ordusu Şirazın Sultanabad bölgəsindəki dağlarda İranın hərbi obyektlərini hədəfə alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Eyni zamanda İsrail Müdafiə Ordusu (SAXAL) 60-dan çox qırıcının Tehranda hərbi obyektlərə hücum edib.
Qeyd olunur ki, onlarla hədəfə, o cümlədən hərbi-sənaye raket istehsalı müəssisələri və nüvə silahı tədqiqat və inkişaf etdirmə şirkəti olan "Spand"ın qərargahına zərbə endirilib.
Hücum edilən hədəflər arasında raket komponentləri istehsal edən hərbi-sənaye obyektləri və raket mühərriklərinin tökülməsində istifadə olunan xammal istehsal edən obyektlər də var.
Bundan əlavə, gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri İran ərazisindən buraxılan dörd pilotsuz uçuş aparatını ələ keçirib.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İranın ali rəhbəri düşmənlərini daha güclü zərbə ilə hədələdi
- İsrail İrana ikinci hücuma hazırlaşır
- İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"