Çərşənbə günü, avqustun 1-də, ABŞ senatı Federal Təhqiqatlar Bürosunun direktoru postuna Kristofer Reyin namizədliyini təsdiqləyib.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, onun lehinə 100 senatorun əksəriyyəti səs verib.
Rey bundan əvvəl Konqresin yuxarı palatasının hüquq komitəsinin üzvlərinin razılığını alıb.
Xatırladaq ki, sabiq ədliyyə naziri Kristofer Reyin Federal Təhqiqatlar Bürosunun direktoru postuna namizədliyini ABŞ prezidenti Donald Tramp irəli sürmüşdü.
S.B.
www.oxu.az