İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın razılığı olmadan Hörmüz boğazından keçməyə çalışan iki tankerə atəş açıb.
Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti açıqlama yayıb.
"Bu gün səhər saatlarında ABŞ-nin hava mühafizəsi altında razılaşdırılmamış marşrutla Hörmüz boğazını keçəcəklərini düşünən müəyyən edilmiş qaydaları pozaraq xəbərdarlıqlarımıza məhəl qoymayan iki tanker hücuma məruz qalıb və saxlanılıb. Əlavə dörd tanker isə dərhal hərəkət istiqamətini dəyişməyə məcbur olub", - deyə açıqlamada qeyd olunub.
Qaynar xətt:
(055) 224 12 12