İsrail müdafiə naziri İsrael Kats İsrail hərbçilərinin İranda SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Tangsirini öldürdüklərini iddia edib.
Oxu.Az-ın "The Times of Israel" nəşrinə istinadən xəbərinə görə, bu barədə İsrael Kats hərbçilərlə operativ iclas zamanı bildirib.
"İsrail müdafiə qüvvələri Hörmüz boğazının minalanması və dəniz nəqliyyatının bloklanmasına görə birbaşa məsuliyyət daşıyan SEPAH Hərbi Dəniz Qüvvələri komandanını öldürüb", - deyə o qeyd edib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi-dəniz qüvvələrinin komandiri Əlirza Tangsiri Bəndər Abbasa zərbə nəticəsində həlak olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Times of İsrael" nəşri İsrail məmuruna istinadən məlumat verib.
Məlumata görə, Əlirza Tangsiri Hörmüz boğazının bağlanmasına görə məsul olub.
Lakin İran və İsrail hərbçiləri tərəfindən hələlik zərbə ilə bağlı şərh verilməyib.