İran regiondakı ABŞ hərbi infrastrukturuna, habelə idarəetmə və qərar qəbulu mərkəzlərinə yönəlmiş raket zərbələrinin yeni dalğasının başladığını elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət radiosu məlumat yayıb.
Açıqlamaya görə, hücumlar superağır raketlərdən istifadə edilməklə həyata keçirilir.
İrana məxsus pilotsuz uçuş aparatı İsrail polisinin qərargahına, onun xüsusi bölməsinə və təhlükəsizlik mərkəzlərinə zərbə endirib.
Oxu.Az xəbər verir ki, IRIB dövlət radioteleviziya şirkəti bu barədə İran ordusunun açıqlamasına istinadən məlumat yayıb.
İran hərbçiləri, həmçinin İsrail polisinin "Lahav-433" xüsusi bölməsini və "Gilat Defense" peyk rabitəsi mərkəzini hədəf alıblar.
İran ABŞ və İsrailə qarşı cavab zərbələrinin 53-cü mərhələsini həyata keçirib.
Oxu.Az "Al Alam" telekanalına istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, bu mərhələ çərçivəsində 10 hipersəs raketin və pilotsuz uçuş aparatlarının buraxılışı həyata keçirilib, hədəf isə BƏƏ-dəki Əl-Dəfra bazasında yerləşən ABŞ qüvvələri olub.
SEPAH "düşmən təslim olana qədər" ABŞ və İsrailin hədəflərinə, mərkəzlərinə və maraqlarına zərbələr endirməyə davam etmək niyyətində olduğunu bəyan edib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Həqiqi vəd - 4" əməliyyatının növbəti mərhələsi zamanı İsrailin paytaxtı Təl-Əvivə, eləcə də ABŞ-ın İraq və Küveytdəki bazalarına zərbələr endirdiyini bildirib.
Oxu.Az xəbər verir ki, SEPAH-ın bəyanatını "Tasnim" agentliyi yayıb.
"Həqiqi vəd - 4" əməliyyatının 52-ci mərhələsi çərçivəsində Təl-Əvivin sənaye infrastrukturu obyektlərinə, həmçinin Ərbildəki "Hərir", Küveytdə yerləşən "Əli əs-Salem" və "Arifcan" bazalarına zərbələr endirdik", - deyə məlumatda bildirilir.
SEPAH ABŞ hərbi obyektlərindəki "sənaye zonalarını tamamilə məhv etdiyini" iddia etsə də, digər təfərrüatı açıqlamayıb.