Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Şərabın ən ucuz olduğu ölkələr açıqlandı
Dünyada ən sərfəli şərab qiymətləri olan ölkələrin reytinqi tərtib edilib.
Oxu.Az xəbər verir ki, siyahını "RİA Novosti" açıq məlumatların təhlili əsasında tərtib edib.
Araşdırmaya görə, reytinqdə lider Butandır. Burada bir şüşə şərabın qiyməti cəmi 3,58 dollardır. Argentina ikinci yeri (4 dollar) tutub, Ukrayna isə ilk üçlüyü (4,34 dollar) qapayıb.
Ənənəvi şərab istehsal edən ölkələr arasında ən sərfəli qiymətlər Cənubi Afrikada (4,6 dollar - 6-cı yer), Portuqaliyada (5,02 dollar - 9-cu yer) və Moldovada (5,15 dollar - 11-ci yer) qeydə alınıb. Çili 5,37 dollar qiymətlə 12-ci, İspaniya isə 17-ci yerdə (5,57 dollar) qərarlaşıb.
Araşdırmaya görə, ən bahalı şərab Türkmənistanda (31,43 dollar), Sinqapurda (27,13 dollar) və Bəhreyndə (23,88 dollar) satılır.
Maraqlıdır ki, ən böyük şərab istehsalçıları - Fransa, İtaliya və İspaniya münasib qiymətlər baxımından ilk 30-luğa daxil edilməyib. Fransa 67-ci yerdə (7,82 dollar), İtaliya isə 40-cı yerdə (6,69 dollar) qərarlaşıb.
"spirtli içki" teqi üzrə xəbərlər
- "Ucuz arağa tələbat varsa, məhsulun bazardan çıxarılması düzgün deyil" - "Kaspi"nin TƏHLİLİ
- Vətəndaşlar içki və siqaretə nə qədər pul xərcləyirlər?
- Komitə sədri: "Bazarda bir manata araq satılır"
- Spirtli içkilərlə bağlı YENİLİK: Qiymətlərdə hansı dəyişikliklər gözlənilir?
- Rusiyada uşaqlar spirtli içki içdikləri üçün valideynlər cəzalandırıla bilər
Rəylər