Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şimali Koreya Sarı dənizə doğru ballistik raket atdı
Şimali Koreya Sarı dənizə doğru bir neçə ballistik raket atıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya hərbçilərinə istinadən məlumat verib.
Qeyd edək ki, martın 10-da ABŞ və Cənubi Koreya "Freedom Shield" ("Azadlıq qalxanı") adlı genişmiqyaslı təlimlərə başlayıb. Şimali Koreya Xarici İşlər Nazirliyi bu manevrləri Koreya yarımadasında "atmosferi qızışdıran aqressiv müharibə məşqi" adlandırıb.
Pxenyan xəbərdarlıq edib ki, təlimlər ABŞ-nin təhlükəsizliyinə mənfi təsir göstərəcək və buna cavab olaraq Şimali Koreya regionda sülhü möhkəmləndirmək üçün səylərini artıracaq.
Cənubi Koreya hərbçiləri hələlik ballistik raketin növünü açıqlamayıblar. Buraxılış yerli vaxtla saat 13:50-də (Bakı vaxtı ilə 08:50 - red.) Hvanhe-Pukto və Hvanhe-Namdo əyalətlərinin "daxilindən" həyata keçirilib.
"Silahlı qüvvələrimiz sayıqlıq və müşahidə tədbirlərini gücləndirir və ABŞ ilə sıx əməkdaşlıq şəraitində tam hazır vəziyyətdədir", - deyə Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsindən bildirilib.
"Yonhap"ın qeyd etdiyinə görə, bu, Şimali Koreyanın yanvarın 20-də ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra ilk ballistik raket buraxılışıdır. Fevralın 26-da isə qanadlı raketlər buraxılmışdı.