Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şimali Koreyanın yeni esminesi Kim Çen Inın gözü qarşısında texniki qəzaya uğradı
Şimali Koreyanın Çxoncin tərsanəsində baş verən ciddi hadisə ölkənin hərbi-sənaye kompleksinin rəhbərliyi üçün uzunmüddətli nəticələrə səbəb ola bilər. Belə ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) ali lideri Kim Çen Inın şəxsən iştirak etdiyi yeni esminesin suya buraxılması mərasimi zamanı böyük texniki qəza qeydə alınıb.
Oxu.Az bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən xəbər verir.
Bildirilir ki, gəminin arxa hissəsinin buraxılış arabası vaxtından əvvəl stapeldən çıxıb və maneəyə çırpılıb.
"Nəticədə gəminin dibinin bəzi hissələri dağılıb, bu isə tarazlığın pozulmasına səbəb olub. Gəminin burun hissəsi isə stapeldən tam ayrılmayıb", - deyə xəbərdə vurğulanır.
Hadisəyə Kim Çen Inın reaksiyası dərhal və sərt olub. KXDR lideri baş verənləri "böyük qəza və cinayət" kimi qiymətləndirib ki, bu da Şimali Koreya siyasi sistemində hadisənin nə qədər ciddi qəbul edildiyini göstərir.
O, qəzanın baş verməsində təqsirli olan vəzifəli şəxslərin məsuliyyət məsələsinin iyun ayında keçiriləcək Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin Plenumunda müzakirəyə çıxarılmasını tapşırıb.
Qeyd edək ki, Kim Çen In zədələnmiş esminesin bərpa işlərinin də iyun plenumuna qədər başa çatdırılması barədə sərt göstəriş verib. Bu isə gəmi inşaatçıları üçün son dərəcə sıx və çətin vaxt qrafiki yaradır.
"Kim Çen In" teqi üzrə xəbərlər
- Kim Çen In: "İran döyüşdə tək deyil"
- Kim Çen Inın gözləri qarşısında qəzaya uğrayan esminesin briqada rəisi ÖLÜB
- Kim Çen Inın gözü qabağında qəzaya uğrayan esminesin istintaqı başladı: Həbslər həyata keçirilir
- Şimali Koreya lideri ordunu müharibəyə hazır olmağa çağırıb
- KXDR Hərbi Dəniz Qüvvələrinin nüvə silahlanması: Kim Çen In sınaqlara nəzarət etdi