Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Somali və Efiopiya diplomatik münasibətləri bərpa edir
Somali və Efiopiya bir il əvvəl Efiopiyanın Somaliland ilə imzaladığı memorandumla bağlı münaqişə nəticəsində kəsilən diplomatik münasibətləri tam bərpa etmək barədə razılığa gəliblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Somali və Efiopiya liderləri arasında Əddis-Əbəbədə keçirilən danışıqların yekunlarına dair bəyanatda deyilir: "Tərəflər hər iki ölkədə diplomatik missiyaları bərpa etməklə ikitərəfli münasibətləri tarazlayıb və gücləndirmək barədə razılığa gəliblər".
Qeyd edildiyi kimi, danışıqlar zamanı ikitərəfli münasibətlər, xüsusilə təhlükəsizlik, iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, Ankara bəyannaməsinin sülh yolu ilə nizamlanmasına dair müddəalarının həyata keçirilməsini sürətləndirmək barədə razılığa gəlinib.
"Somali" teqi üzrə xəbərlər
- ABŞ yeni siyahı hazırlayır: Hansı ölkə vətəndaşlarının ölkəyə girişi tamamilə qadağan ediləcək?
- SOCAR Somalidə axtarış-kəşfiyyat və treydinq istiqamətlərini araşdırır
- Efiopiya baş nazirini gətirən təyyarənin enişi ərəfəsində Somali aeroportu atəşə tutuldu
- Somali Prezidentinin Azərbaycana səfəri başa çatıb
- Somali prezidenti Azərbaycanın komando hərbi hissələrindən birində olub