Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sakinlərdən şikayət: "Yaşlı adamlarıq, işə gedib-gəlirik, pilləkənləri çıxanda təngnəfəs oluruq"
Zığ-Hövsan yolunun üzərində, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yanında sakinlərin rahatlığını təmin etmək üçün yerüstü piyada keçidi tikilib, lakin vətəndaşlar narazıdırlar. Çünki piyada keçidinə qalxmaq üçün lift quraşdırılsa da, işləmir.
"Tədbir görsünlər. Yaşlı adamlarıq, işə gedib-gəlirik, pilləkənləri çıxanda təngnəfəs oluruq", - deyə sakinlər narazılıqlarını dilə gətiriblər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən piyada keçidi istismara tam qəbul olunmayıb:
"Yaxın günlər ərzində keçidin istismara tam qəbul olunması və liftlərin işlək vəziyyətə salınması nəzərdə tutulur".
Daha ətraflı Baku TV-nin videomaterialında:

"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Birotaqlı mənzilə 15 nəfəri sığdıra bilməyən onkoloji xəstə qadınla bağlı RƏSMİ AÇIQLAMA
- Dayanacaq piyadaların həyatı üçün təhlükə yaradır - Problemin həll yolu NECƏ OLMALIDIR?
- Təhsil ocağında qalmaqal: "Pullu məktəb etmək istəyirlər"
- Məktəbi bit basib? - Valideynlərdən ŞİKAYƏT
- Qəzalı körpünün aqibəti necə olacaq?
Rəylər