"SpaceX" şirkətinin mənzil-qərargahının yerləşdiyi Texasdakı Starbeys bazası rəsmi olaraq şəhərə çevrilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə onun sahibi, ABŞ-li sahibkar və milyarder İlon Mask "X" sosial şəbəkəsində məlumat verib.
"İndi bu, rəsmidir!" - deyə o, Starbeysin şəhərə çevrilməsi ilə bağlı paylaşıma şərh verərək yazıb.
Qeyd edək ki, İlon Mask 2024-cü ilin dekabrında "SpaceX" aerokosmik şirkətinin qərargahının yeni Starbeys şəhərinə köçürüləcəyini bildirmişdi.
And Elon Musk did
— Tesla Owners Silicon Valley (@teslaownersSV) May 4, 2025
Starbase is officially a city. https://t.co/YEt28hSRBS pic.twitter.com/uhDb0pp9zO