Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Vaşinqtona gedib.
Oxu.Az bu barədə "Syria TV" telekanalına istinadla xəbər verir.
Bildirilir ki, bu, 1967-ci ildən bəri Suriya prezidentinin ABŞ-yə ilk rəsmi səfəridir. Əhməd əş-Şaraanın nümayəndə heyətinin tərkibində dörd nazir var.
Ehtimal olunur ki, bu səfər Suriya ilə ABŞ arasında diplomatik əlaqələrin bərpası, o cümlədən Vaşinqtonda Suriya səfirliyinin rəsmi açılış məsələlərinin müzakirəsi üçün imkan yaradır.