Suriyanın Hasaka bölgəsində kənd ərazisində naməlum şəxslər içərisində müvəqqəti hökumət qüvvələrinin hərbçilərinin olduğu avtobusa hücum ediblər.
Oxu.Az bildirir ki, bu barədə SANA agentliyi ölkənin Müdafiə Nazirliyinin KİV-lə əlaqələr departamentinə istinadən məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində Suriya müvəqqəti qüvvələrinin iki hərbçisi həlak olub, bir neçə nəfər isə yaralanıb.

Qeyd olunub ki, hədəfə alınan avtobus Hasakanın 64-cü diviziyasına məxsus olub.
Qaynar xətt:
(055) 224 12 12