Tailandda baş vermiş təyyarə qəzası nəticəsində altı nəfər həyatını itirib.
Oxu.Az-ın MK.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanlarından xəbər verilib.
Bildirilib ki, təyyarə paraşütlə tullanma təlimlərinə hazırlıq məqsədilə məsul bölmə tərəfindən həyata keçirilən sınaq uçuşunu yerinə yetirirmiş.
Hüquq-mühafizə orqanları qeyd edir ki, hadisə qəfil baş verib. Xilasetmə xidmətləri qəza yerinə operativ şəkildə çatsalar da, sərnişinləri xilas etmək mümkün olmayıb.
Hazırda mütəxəssislər təyyarənin qalıqlarını axtarmağa davam edir və qəzanın dəqiq səbəbləri araşdırırlar.
Tailandda kiçik təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həlak olub, bir nəfər xəsarət alıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Thai PBS" telekanalı məlumat yayıb.
Hadisə Pxetçaburi əyalətinin Ça-am şəhəri yaxınlığında yerli vaxtla təxminən saat 08:00-da (Bakı vaxtı ilə 05:00 - red.) baş verib.
Tailandın aviasiya qurumları və polis təyyarə qəzasının səbəblərini araşdırırlar.