Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
Prezidenti İlham Əliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının (WUF13) milli koordinatoru təyin edilməsi barədə Sərəncam imzalayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, milli koordinator Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Adil oğlu Quliyev təyin edilib.
Sərəncamda qeyd edilib ki, Milli koordinatora Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq işlərinin aparılması səlahiyyəti verilir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Vergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik qüvvəyə mindi
- İlham Əliyev FHN-in 20 illik yubiley medalının təsis olunmasını təsdiqlədi
- İlham Əliyev Albaniyanın baş nazirini təbrik etdi
- Azərbaycanın yeni hərbi prokuroru kollektivə təqdim olundu
- Əmanətlərin Sığortalanması Fondunun yeni icraçı direktoru KİMDİR?
Ən çox oxunanlar