"Tesla" Hindistanda sərgi salonunu açacaq və müştərilərə elektrikli avtomobillər təqdim etməyə başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, "Tesla"nın Hindistandakı ilk salonu iyulun 15-də Mumbayda, ikincisi isə iyulun sonunda Nyu-Delhidə açılacaq. Avtomobillərin ilk partiyası, arxa ötürücülü "Model Y" yolsuzluq avtomobilləri artıq Çindəki fabrikdən Hindistana gəlib və onların tədarükü avqustda başlayacaq.
Hindistan dünyanın üçüncü ən böyük avtomobil bazarı hesab olunur.
Eyni zamanda, "Tesla"nın satışları bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 13.5% azalaraq 384 122 avtomobil təşkil edib.