Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev kişilər arasında qucaqlaşma ənənəsini kəskin tənqid edərək bunun ölkənin adət-ənənələrinə uyğun olmadığını bildirib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, Tokayev bu fikirləri jurnalistlərlə söhbəti zamanı səsləndirib.
Prezident gənclər arasında yayılmış qucaqlaşma ənənəsinə toxunaraq, qazax xalqının "əcdadlardan qalma ənənələrə qayıtmasının" vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu davranış hərbçilər arasında da yayılıb.
"Bizim ənənələrimizdə heç vaxt belə bir şey olmayıb. Üstəlik, hərbi forma geyinən insanlar... Generallar bir-biri ilə qucaqlaşmağa başlayırlar. Bu nədir belə?" - deyə Tokayev bildirib.
Qazaxıstan Prezidenti Böyük Vətən müharibəsində iştirak etmiş Sovet İttifaqı marşallarını belə bir vəziyyətdə təsəvvür etməyin mümkün olmadığını bildirib.
Tokayev kişilər arasında salamlaşma zamanı sağ əlin sinə üzərinə qoyulmasını alternativ kimi təklif edib və hərbçilərin davranış qaydalarını müəyyənləşdirən xüsusi məcəllənin hazırlanmasına çağırıb.