ABŞ Prezidenti Donald Tramp İran rəsmilərinə etibar etmir.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev lideri Vaşinqton yaxınlığında yerləşən Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Mən İrana inanmıram. İrana güvənəcək ən sonuncu şəxs mənəm", - deyə o qeyd edib. Onun sözlərinə görə Birləşmiş Ştatlar İran probleminin həlli istiqamətində çox yaxşı mövqedədir. Tramp əlavə edib ki, Tehranla bağlı proseslər tamamilə müsbət məcrada inkişaf edir.
Qaynar xətt:
(055) 224 12 12