Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tramp müəyyən qrup miqrantların saxlanılmasını dayandırdı
ABŞ Prezidenti Donald Trampın Administrasiyası aqrar sektorda, həmçinin mehmanxana və restoran biznesində işləyən qanunsuz miqrantların saxlanılmasının dayandırılması barədə göstəriş verib.
Oxu.Az bu barədə "The New York Times" qəzetinə istinadla xəbər verir.
Məlumata görə, ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin (ICE) regional bölmələrinin rəhbərləri müvafiq göstəriş alıblar.
ICE əməkdaşları insan alveri, çirkli pulların yuyulması və narkotik maddələrin qaçaqmalçılığı ilə bağlı araşdırmaları davam etdirə bilərlər.
Nəşrin yazdığına görə, Tramp Administrasiyasının bu addımı qanunsuz miqrantların deportasiyası üzrə miqyaslı kampaniyanın ABŞ biznesinə və aqrar sənayesinə zərər vurduğuna dəlalət edir.
"ABŞ-də miqrantlar" teqi üzrə xəbərlər
- "Alliqatorlu Alkatras": Floridada miqrantlar üçün qorxunc həbsxana tikilir
- ABŞ-nin miqrasiya siyasətində dönüş: Reydlər geri qayıdır
- Şakira ABŞ-yə nə üçün köçdüyündən danışıb
- Tramp daha 36 ölkə vətəndaşının ABŞ-yə girişini qadağan edə bilər
- Tramp "Qızıl kart" əldə etmək istəyənlər üçün sayt təqdim edib