ABŞ Prezidenti Donald Tramp ölkənin silahlı qüvvələrində sursat çatışmazlığı ilə bağlı yayılan iddiaları təkzib edib.
Oxu.Az xəbər verir ki, o, bununla bağlı fikirlərini "Truth Social" platformasındakı hesabında paylaşıb.
Tramp qeyd edib ki, hazırda ABŞ-nin kifayət qədər böyük ehtiyatları mövcuddur və bu sursatların istehsalı indiyədək görünməmiş səviyyəyə çatdırılır:
"Silah qıtlığı barədə deyilənlər qorxaqlar və xainlər tərəfindən uydurulan yalandır".
Xatırladaq ki, bir müddət əvvəl Tramp ABŞ ordusunda silah ehtiyatının azalmasına dair yazan mətbuat orqanlarını sərt tənqid edərək həmin məqalələrin müəlliflərinin həbs oluna biləcəkləri barədə xəbərdarlıq etmişdi.
O bildirib ki, bu cür məlumatların yayılması dövlətin təhlükəsizliyinə zərbə vurur, bu səbəbdən də hökumət belə halların qarşısını qətiyyətlə almaq niyyətindədir.