Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniya Kralı III Çarlzın Ağ Evdə ABŞ Prezidenti Donald Trampa "Əgər biz olmasaydıq, o zaman siz özünüz fransızca danışmalı olardınız" cavabına reaksiya verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fransa lideri "X" hesabında paylaşım edib.
O, Kralın fikirlərinə "Möhtəşəm olardı" deyə cavab verib.

Xatırladaq ki, Ağ Evdə təşkil olunan rəsmi ziyafətdə Birləşmiş Krallığın rəhbəri Trampın yanvar ayında səsləndirdiyi "İkinci Dünya müharibəsində ABŞ-nin qələbəsi olmasaydı, hər kəsin alman, bəlkə də qismən yapon dilində danışardı" fikirlərə münasibət bildirib. Monarx ABŞ-nin müstəqillik əldə etməsindən öncə Şimali Amerika uğrunda Fransa və Böyük Britaniya arasındakı tarixi mübarizəni xatırladaraq, "Mən isə əminliklə söyləyə bilərəm ki, əgər biz olmasaydıq, o zaman siz özünüz fransızca danışmalı olardınız" - deyə reaksiya verib.
Böyük Britaniya monarxı III Çarlz Amerika Birləşmiş Ştatlarının Konqresində məruzə ilə çıxış edərək, Şimali Atlantika Alyansında (NATO) həmrəyliyin vacibliyini vurğulayıb və Ukrayna məsələsində "sarsılmaz qətiyyət" nümayiş etdirməyə səsləyib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The New York Times" nəşri dərc edib.
Britaniya Kralının ABŞ qanunverici orqanında bu cür çıxışı sonuncu dəfə 1991-ci ildə qeydə alınmışdı. III Çarlz çıxışında bildirib ki, sözügedən tədbir qlobal qeyri-müəyyənliyin hökm sürdüyü bir vaxta təsadüf edir: Avropa qitəsindən tutmuş Yaxın Şərq regionunadək uzanan silahlı toqquşmalar dünya birliyi üçün ciddi sınaqlara çevrilir.
Eyni zamanda, Ağ Evdə təşkil olunan rəsmi ziyafətdə Birləşmiş Krallığın rəhbəri Trampın yanvar ayında səsləndirdiyi fikirlərə də münasibət bildirib. Xatırladaq ki, o, İkinci Dünya müharibəsində ABŞ-nin qələbəsi olmasaydı, "hər kəsin alman, bəlkə də qismən yapon dilində danışacağını" iddia etmişdi.
Monarx ABŞ-nin müstəqillik əldə etməsindən öncə Şimali Amerika uğrunda Fransa və Böyük Britaniya arasındakı tarixi mübarizəni xatırladaraq deyib: "Cənab prezident, siz bir qədər əvvəl bildirmişdiniz ki, əgər Birləşmiş Ştatlar olmasaydı, Avropa dövlətlərində əhali alman dilində danışardı. Mən isə əminliklə söyləyə bilərəm ki, əgər biz olmasaydıq, o zaman siz özünüz fransızca danışmalı olardınız".