AFFA İntizam Komitəsi "Sabah" klubunu ümumilikdə 7 500 manat məbləğində cərimələyib.
Oxu.Az xəbər verir ki, "Karvan-Yevlax"la keçirilən qarşılaşmanın 64-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alan Aleksey İsayev ikioyunluq cəza ilə üzləşib.
Bu hadisəyə görə klub əlavə olaraq 1 000 manat cərimə olunub.
Bundan başqa, matç başa çatdıqdan sonra meydana kənar şəxsin daxil olması və bu halın mövsüm ərzində üçüncü dəfə təkrarlanması səbəbindən "bayquşlar" daha 6 500 manat cərimə ödəyəcəklər.
Qarşı tərəfdə də - "Karvan-Yevlax" cəzadan yayınmayıb. Komandanın futbolçusu Qavi Tompson ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün biroyunluq cəza alıb. Klub isə bu epizoda görə 500 manat məbləğində cərimələnib.