Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Trampın fələstinlilərin köçürülməsi təklifinə Çin etiraz etdi](https://images.oxu.az/2025/02/06/Rd0wkUk3R4tYWrmiBUnmlpIybROIZHrpbbTDq0RZ:1200.jpg)
Trampın fələstinlilərin köçürülməsi təklifinə Çin etiraz etdi
Pekin ABŞ Prezidenti Donald Trampın fələstinliləri Qəzzadan köçürmək və region üzərində nəzarəti ələ almaq istəyinə qarşı çıxır.
Oxu.Az-ın "Reuters"ə istinadla məlumatına görə, bu barədə fevralın 6-da Çin XİN-in nümayəndəsi Qo Tszyakun bəyan edib.
"Çin Fələstin xalqının qanuni milli hüquqlarını qətiyyətlə dəstəkləyir", - deyə nazirliyin nümayəndəsi bildirib.
O bildirib ki, Pekin iki dövlətin - İsrail və Fələstin dövlətlərinin yaradılması barədə qərarın qəbul edilməsinə kömək etmək üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməyə hazırdır.
"Qəzza fələstinlilərin Qəzzasıdır, Fələstin ərazisinin ayrılmaz hissəsidir və siyasi oyunda alver predmeti deyil, cəngəllik qanunları ilə rəftar ediləcək obyekt isə heç deyil", - deyə nazirlik nümayəndəsi sözlərini yekunlaşdırıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini təklif edib. O bu fikri İordaniya Kralı II Abdullahla telefon danışığı zamanı irəli sürüb. D.Tramp qeyd edib ki, Qəzza artıq xarabalığa çevrilib, orada salamat bina qalmayıb və gələcəkdə İsrailin bu ərazini yenidən bombalamayacağına dair təminat yoxdur.
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
- İordan çayının qərb sahilinin taleyi: Tramp tarix açıqladı
- Şok açıqlama: HƏMAS israilli girovu BMT binalarında saxlayıb
- İsraildən HƏMAS-a etiraz: Fələstinli məhbusların azad edilməsi dayandırıldı
- Fələstin İsraillə münaqişənin həllində Trampın köməyinə ümid edir
- İsrailli girovların azad edilməsi prosesi başladı
Rəylər