Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyə daimi nümayəndəliyi: "İslahatlar ilk növbədə BMT Təhlükəsizlik Şurasından başlamalıdır"
"Dünyadakı böhranlar fonunda BMT-də islahatların aparılması daha zəruridir. İslahatlar ilk növbədə Təhlükəsizlik Şurasından başlamalıdır və buna yalnız hökumətlərarası danışıqlar yolu ilə nail olmaq olar".
Bu fikirlər Türkiyənin BMT-dəki daimi nümayəndəliyinin bəyanatında qeyd olunur.
"Türkiyə 21-ci əsrin mürəkkəb problemlərini həll etməyə qadir olan daha təsirli və aktual bir BMT görmək istəyir, xüsusən də beynəlxalq sistemin son illərdə yaşadığı misli görünməmiş böhranlar fonunda bu, hərzamankından daha zəruridir.
İslahat BMT-nin sülh və təhlükəsizlik məsələlərini həll edən əsas orqanı olan Təhlükəsizlik Şurasından başlamalıdır. Prezident Tayyib Ərdoğan həmişə bu mövzuda çıxış edərək sülhün beşdən (BMT TŞ-nin daimi üzvləri - red.) daha çox olduğunu vurğulayır", - diplomatik missiyanın bəyanatında qeyd olunub.
Rəylər