Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Türkiyə donanmasının yeni gücü: "Bayraktar TB-3" və İHA-122
Türkiyənin yerli istehsalı olan "Bayraktar TB-3" pilotsuz uçuş aparatı (PUA) daha bir mühüm sınaqdan uğurla keçib. İHA-122 səsdənsürətli raketinin atəşlənməsi ilə nəticələnən bu test, Türkiyənin hərbi texnologiyada növbəti uğurunu bir daha nümayiş etdirib.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, "Baykar" şirkətinin məhsulu olan "TB-3", təkcə yeni silah inteqrasiyası ilə deyil, həm də dəniz platformalarına eniş və qalxış qabiliyyəti ilə diqqət çəkir.
"ROKETSAN" tərəfindən istehsal edilən "İHA-122" yüksək dəqiqlik təmin edərək həm dəniz, həm də quru hədəflərinə qarşı effektivdir.
Müştərək əməliyyat imkanı - sınaq zamanı hədəf "Bayraktar TB-2" tərəfindən işarələnib. "TB-2" və "TB-3"ün birlikdə işləməsi, əməliyyat sahəsində effektiv koordinasiya və real vaxt məlumat paylaşımı imkanı yaradır.
Dəniz gücü və donanma üstünlüyü - "Bayraktar TB-3" qısazolaqlı gəmilərdən, xüsusilə "TCG Anadolu" kimi amfibiya gəmilərindən havaya qalxa və enə bilir. Bu, Türkiyə donanmasının açıq dənizlərdə təsir gücünü artırır.
Strateji Əhəmiyyət - yerli istehsal olan "İHA-122" Türkiyənin dəniz və hava əməliyyatlarında gücünü artıraraq, müxtəlif hədəflərə qarşı istifadə oluna biləcək geniş imkanlar təqdim edir.
Ətraflı süjetdə:

"Bayraktar TB2" teqi üzrə xəbərlər
- "Bayraktar TB2" yeni mühərriki ilə ikinci sınaq uçuşunu uğurla tamamladı
- "Bayraktar TB2" ilkə imza atdı
- Qazaxıstan ordusu Türkiyənin "Bayraktar" pilotsuz təyyarələrini əldə edəcək
- Növbəti Avropa ölkəsi öz səmasını qorumaq üçün Türkiyəyə üz tutdu: "Bayraktar TB2" PUA alacaq
- Əfsanəvi "TB2" 10 min saatlıq uçuşdan sonra missiyasını başa vurdu