Türkiyə Futbol Federasiyası (TFF) Entoni Teylorla bağlı qərarını verib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verir.
Məlumata görə, Superliqanın 7-ci həftə oyunlarına hakim təyinatlarını həyata keçirən Entoni Teylor mövsümün sonuna qədər TFF Mərkəzi Hakim Komitəsinin (MHK) rəhbəri vəzifəsinə davam edəcək.
Keçmiş hakim Alan Snoddi də Teylorla birlikdə çalışacaq. Cari mövsümdə bu iki şəxs hakimlik idarəetməsinə məsul olacaq.
Qaynar xətt:
(055) 224 12 12