Niderland və Türkiyə arasında diplomatik böhran inəklərdən də yan keçməyib. Türkiyənin Heyvandarlıq Assosiasiyası holland buzovlarını “persona non qranta” elan edib.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, holştin cinsindən olan 40 inəkdən ibarət ilk partiya geriyə göndərilməyə hazırdır. Bunu Türkiyə Qırmızı Ət İstehsalçıları Assosiasiyasının rəhbəri Bülənt Tunc martın 15-də elan edib.
Əgər Niderland inəkləri qəbul etməkdən imtina edərsə, heyvanlar sallaqxanaya göndəriləcək.
“Gələcəkdə biz Hollandiyadan heyvandarlıq məhsulları almaq istəmirik”, - Tunc “Anadolu” informasiya agentliyinə verdiyi müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, heyvandarlar yerli cins inəklər yetişdirmək niyyətindədirlər.
N.О.
www.oxu.az