Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyə İsrail və ABŞ-dakı səfirlərini geri çağırıb
Qəzza zolağında baş verən hadisələr və İsrailin törətdiyi əməllərlə əlaqədar Ankara Vaşinqton və Təl-Əvivdəki səfirlərini geri çağırıb.
Oxu.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan NTV telekanalına verdiyi açıqlamada bildirib.
“Türkiyə buna kəskin reaksiya verəcək. Biz Vaşinqton və Təl-Əvivdəki səfirlərimizi məşvərət məqsədi ilə geri çağırmışıq. Qəzzadakı hadisələrlə əlaqədar İslam əməkdaşlıq təşkilatının fövqəladə iclasını çağırmışıq, ümid edirəm ki, cümə günü İstanbulda, Yeniqapıda görüşəcəyik.
Biz həmçinin BMT Təhlükəsizlik Şurasında fövqəladə iclasın keçirilməsi ilə bağlı vəsatət qaldıracağıq, bir çox liderlərlə görüşlər keçirəcəyik. Sabahdan isə ölkədə üçgünlük matəm elan edirik”, - deyə Ərdoğan bildirib.
F.M.
www.oxu.az
Rəylər