Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyə kəşfiyyatından PKK-ya daha bir zərbə: İdeoloji və hərbi təlimlərə məsul üzvü zərərsizləşdirildi - FOTO
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatına daha bir zərbə endirib.
PKK/KCK-nın məsul üzvü, “Ali Xebat” kod adlı Erdinç Bolcal MİT tərəfindən İraqın Süleymaniyə bölgəsində reallaşdırılan əməliyyat nəticəsində zərərsizləşdirilib.
Erdinç Bolcal İraqda PKK-nın Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirəcəyi terror aktlarında iştirak edəcək terrorçulara ideoloji və hərbi təlimlər verməklə məşğul olub.
O, İraqın Süleymaniyə-Kərkük bölgəsində yerləşən PKK/KCK Şilan Guyi Akademiyasının məsul üzvü olub. Terror təşkilatı adından İstanbul, İzmir kimi böyük şəhərlərdə ideoloji təlimlər keçib, həmçinin təbliğat və təzyiq vasitəsilə gəncləri də PKK-nın sıralarına cəlb etməyə çalışıb.
Uzun müddət təşkilat üçün fəaliyyət göstərən terrorçu Erdinç Bolcal Şimali İraqa köçərək silahlı fəaliyyətlər həyata keçirməyə başlayıb. Süleymaniyə və Kərkük bölgələrində batalyon komandanlığı və akademiya məsulu kimi fəaliyyət göstərib.
Mənbə: Haber Global
Mövzuya aid xəbərlər
- Türkiyə kəşfiyyatından əməliyyat: PKK-nın qadın terrorçusu PUA ilə vuruldu - FOTO
- Türkiyə kəşfiyyatı PKK-nın silah-sursat üzrə məsul qadın üzvünü zərərsizləşdirdi - FOTO/VİDEO
- Türkiyə kəşfiyyatı PKK-nın “dron eksperti”ni zərərsizləşdirdi - FOTO
- Türkiyə kəşfiyyatı “İnterpol” tərəfindən qırmızı bülletenlə axtarılan terrorçunu zərərsizləşdirdi - FOTO/VİDEO
- Türkiyə kəşfiyyatı azyaşlı uşaqları terror təşkilatına cəlb edən PKK qadın üzvünü zərərsizləşdirdi - FOTO
Rəylər