Türkiyənin Bursa şəhərində 32 il 11 ay həbs cəzası alan M.Y. adlı şəxs gecə klubunda başqasının şəxsiyyət vəsiqəsi ilə saxlanılıb.
Bu barədə Oxu.Az DHA-ya istinadən məlumat yayıb.
M.Y. gecə klubuna girdikdə başqasının şəxsiyyət vəsiqəsini təqdim edib. Lakin barmaq izi araşdırması zamanı onun həqiqi kimliyi müəyyən edilib.
Məlum olub ki, M.Y. oğurluq, dələduzluq və cinsi zorakılıq daxil olmaqla, müxtəlif cinayətlər üzrə ümumilikdə 19 ittiham maddəsi ilə axtarışda olub.
Rəylər