Dörd türk əyalətinin polisi bü gün “İslam dövləti” qruplaşmasının fəaliyyətinə aidiyyatı olmaqda şübhəli bilinən şəxslərin yaşadığı yerlərdə reyd keçiriblər, Oxu.Az TASS-a istinadən xəbər verir.
NTV telekanalı bildirib ki, reydlər İstanbulda, Şanlıurfada, Mersində və Kocaeldə 29 ünvan üzrə aparılıb.
21 şübhəli, o cümlədən üç xarici vətəndaş saxlanılıb. Əldə olan məlumata əsasən onların bir hissəsi islamçıların dəstələrinə birləşmək üçün qeyri-qanuni olaraq Suriya sərhəddini keçməyə cəhd ediblər.
Saxlanılan şəxslərdən iki avtomat, sursat, elektron əlaqə vasitələri və hərbi forma müsadirə edilib.