Türkmənistanın lideri Qurbanqulu Berdiməhəmmədov xalqı qarşısında yeni rolda çıxış edib.
Belə ki, dekabrın 30-da “Mizan” mərkəzində keçirilən Yeni il şənliyində dövlət başçısı dicey pultu arxasına keçib.
Mərkəzi kanalda yayımlanan bayram tədbirinə hökumət üzvləri, deputatlar, mədəniyyət xadimləri dəvət almışdılar.
Prezidentin repertuarına, həmçinin dayça haqqında rep və Berdiməhəmmədovun özünün müəllifi olduğu bir neçə mahnı daxil idi. Xalq estradasının digər artistləri də mahnılarını ölkə liderinin müşayiəti altında ifa ediblər.