"Real Madrid" klubunun müdafiəçisi Raul Asensio zədə ucbatından qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, istedadlı futbolçu təcili əməliyyat olunmalıdır. Cərrahi müdaxilə sabaha təyin edilib.
Qeyd edək ki, sözügedən zədə Asensionu artıq doqquz aydır - cari ilin yanvarından bəri narahat edirdi. Milli komandaların oyunları ilə əlaqədar yaranan üçhəftəlik fasilə zamanı müdafiəçi zədədən qurtulmaq üçün sonuncu dəfə cəhd göstərsə də, konservativ müalicə və bərpa prosesinin sürətləndirilməsi heç bir müsbət nəticə verməyib.
