"Real Madrid"in müdafiəçisi Raul Asensio avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün məhkəmə tərəfindən cəzalandırılıb.
Oxu.Az xəbər verir ki, 23 yaşlı futbolçu avqustun 16-da İspaniyanın Qran-Kanariya adasında yol polisi tərəfindən saxlanılıb.
Yoxlama zamanı Asensionun nəfəsində spirt aşkarlanıb. Futbolçu daha sonra keçirilən sürətli məhkəmə prosesində əməlini etiraf edib.
Məhkəmənin qərarına əsasən, Asensio 14 400 avro məbləğində cərimələnib və səkkiz ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Qeyd edək ki, Asensionun yaxın günlərdə başqa bir məhkəmə qarşısına çıxacağı da bildirilir. O, "Real Madrid"in sabiq akademiya futbolçuları ilə birlikdə qadınların razılığı olmadan çəkilmiş görüntülərin yayılması ilə bağlı işdə ittiham olunur. İspaniya mətbuatının məlumatına görə, futbolçunun həmin işdə digər şəxslərdən fərqli olaraq ikinci dərəcəli rolu olub.
