Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tusk Ukraynada atəşkəs planının hazırlandığını açıqladı
Yaxın vaxtlarda Ukraynada döyüş bölgəsində atəşkəs təklifi gözlənilə bilər.
Oxu.Az-ın gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bunu Polşanın baş naziri Donald Tusk mətbuat konfransı zamanı deyib.
"Biz çox tezliklə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayanda, potensial atəşkəs təkliflərini gözləyə bilərik", - o qeyd edib.
Onun sözlərinə görə, Vaşinqtonun münaqişənin sülh yolu ilə həlli planı hazırlıq mərhələsindədir. Sənəddə təmas xətləri və Kiyev üçün zəmanətlər yer alacaq.
Polşanın baş naziri əlavə edib ki, ABŞ-nin qərarı Vaşinqtona Avropa ölkələri qarşısında bəzi öhdəliklərdən azad olmağa imkan verəcək.
"Donald Tusk" teqi üzrə xəbərlər
- "Google" bir milyon polyaka süni intellekt ilə işləməyi öyrədəcək
- Polşanın baş naziri dövlət çevrilişi təşkil etməkdə şübhəli bilinir
- Polşanın baş naziri: "Qarşıdakı həftələr Ukrayna üçün həlledici olacaq"
- Tusk: "ABŞ-nin Avropa üzərində hökmranlığı başa çatdı"
- Polşa miqrantların qəbulunu dayandıra bilər