Ukraynanın Ali Radası ötən çərşənbə günü koalisiya iclasında razılaşdırılan və Ukraynanın yeni baş naziri Vladimir Qroysman tərəfindən təqdim edilən yeni Nazirlər Kabinetinin tərkibini parlamentin səhərki plenar iclasında təsdiqləyib.
Oxu.Az xəbər verir ki, müvafiq qərarları Ukraynanın Ali Radasında 239 xalq deputatı dəstəkləyib.
Yalnız səhiyyə nazirinin vəzifəsi vakant olaraq qalıb, belə ki, müvafiq namizəd konsultasiya zamanı qəbul edilməyib.
Qeyd edək ki, Ukraynanın yeni nazirləri arasında iki erməni var. Bu, yeni kabinetdə də öz vəzifəsində saxlanılan DİN rəhbəri Arsen Avakov, eləcə də hökumətin yeni üzvü infrastruktur naziri postunda infrasturkura dair məsələlərə kuratorluq edəcək Vladimir Omelyandır.