Qəzza zolağının səhiyyə sistemi ağır böhran içindədir, anklavın əhalisi yalnız əsas tibbi yardım ala bilir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının direktoru Maykl Rayan bəyan edib.
Onun sözlərinə görə, Qəzzada səhiyyə infrastrukturu tamamilə dağılıb və bunun nəticəsində fələstinlilərin yalnız minimal səhiyyə ehtiyacları ödənilə bilir.
ÜST sözçüsü xəstəxanalarda yanacağın tükəndiyi, su və elektrik enerjisinin olmadığını vurğulayıb.
Rayan anklavın şimalındakı 24 xəstəxanadan 21-nin fəaliyyət göstərmədiyini, sektorun cənubundakı 11 tibb müəssisəsinin isə yalnız əsas tibbi yardım göstərmək iqtidarında olduğunu deyib.
O, Qəzzada yeganə psixiatriya xəstəxanasının bağlandığını da vurğulayıb.
Mənbə: TASS
Rəylər