Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı - FOTO
Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi “Ağ papaqlı kəndli qadının portreti” tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb.
Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyon manat) çox pul ödəyib.
Rəsm 63x48 sm ölçüdə kətan üzərində yağlı boya ilə çəkilib. Onun tarixi təxminən 1884-cü ilə, Van Qoq Hollandiyanın Nyuenen şəhərində yaşadığı vaxta təsadüf edir.
Rəsm ABŞ-nin Nyu Orleanda yerləşən “M.S. Pay” qalereyası tərəfindən satışa çıxarılıb. Əsərin yeni sahibi Avropadan kənarda özəl muzeyi olan fərdi şəxsdir. Onun adı çəkilmir.
Mənbə: TASS
"Niderland" teqi üzrə xəbərlər
- Niderlandda NATO məhdudiyyəti: PUA uçuşu qadağan ediləcək
- Niderlandda parlamentə növbədənkənar seçkinin keçiriləcəyi tarix məlum olub
- Niderlandda içində çətənə olan "Haribo" konfetlərini yeyən uşaq komaya düşüb
- Niderland kralı nazirlərin istefasını qəbul etdi
- "Google Maps"dəki nasazlıq üç ölkədə insanları çaşqınlığa saldı