Rusiya XİN rəhbərinin müavini Anatoli Antonov ABŞ hakimiyyəti tərəfindən aqreman alıb.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə “İzvestiya”ya XİN-nin mərkəzi aparatındakı mənbə bildirib.
Məlumata görə, razılıq bir həftə əvvəl verilib. Hazırda A.Antonova ABŞ diplomatik vizasının verilməsi məsələsi həll edilməkdədir.
Anatoli Antonov XİN-dəki təyinatından əvvəl müdafiə nazirinin müavini vəzifəsində çalışıb.
N.O.