Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Venesuela "X" sosial şəbəkəsini blok etdi
Venesuelada "X" sosial şəbəkəsinin fəaliyyətinin 10 gün müddətinə dayandırılması haqqında qərar qəbul edilib.
Oxu.Az xəbər verir ki, qərarı Venesuelanın Milli Telekommunikasiya Komissiyası qəbul edib.
Məsələyə ölkənin Prezidenti Nikolas Maduro da münasibət bildirib.
O qeyd edib ki, "X" sosial şəbəkəsi bütün normaları pozur:
"O, nifrət, faşizm, vətəndaş müharibəsi, ölüm, venesuelalılar arasında toqquşmanı aşılayıb və Venesuelanın bütün qanunlarını pozub", - deyə N.Maduro qeyd edib.
N.Maduronun "X" sosial şəbəkəsinin sahibi İlon Maskla münasibətləri elə də yaxşı deyil. Maduro iyulun 29-da yenidən prezident seçildikdən sonra Mask sosial şəbəkədə Venesuelaya gedəcəyini və onu uzunqulağın üzərində Kubadakı Quantanamo həbsxanasına göndərəcəyini vəd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Venesuela lideri Nikolas Maduro, həmçinin, "WhatsApp" mesajlaşma xidmətindən imtina etdiyini bəyan edib. Prezident bu mesajlaşma xidmətinin ölkəyə təhdid məqsədilə istifadə edildiyini, buna görə də tətbiqi telefonundan həmişəlik siləcəyini, kontaktlarını isə "WeChat" və "Telegram"a köçürəcəyini deyib.
Rəylər