Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Volqoqrad vilayətində PUA-nın hücumundan sonra hərbi obyektdə yanğın baş verib
Hava Hücumundan Müdafiə Qüvvələri gecə saatlarında Rusiyanın Volqoqrad vilayəti ərazisinə pilotsuz uçuş aparatlarının (PUA) hücumunu dəf edib. PUA-nın düşməsi nəticəsində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə rayon administrasiyasının "Telegram" kanalında məlumat verilib.
"Rusiya Federasiyası Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Marinovka rayonunda Volqoqrad vilayətinin ərazisinə PUA-nın hücumunu dəf edib, pilotsuz təyyarələrin əksəriyyəti məhv edilib", - deyə bölgənin qubernatoru Andrey Boçarov bildirib.
PUA-nın düşməsi nəticəsində Müdafiə Nazirliyinin obyektinin ərazisində yanğın baş verib. Ölən və yaralanan yoxdur.
Volqoqrad hava limanının onlayn şurasının məlumatına görə, üç Volqoqrad-Moskva reysi, bir Volqoqrad-Perm reysi və üç Moskva-Volqoqrad reysi təxirə salınıb. Bölgədə hava məkanından istifadəyə qoyulan məhdudiyyətlər barədə rəsmi məlumat yoxdur.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- KİV: ABŞ Zaporojye, Donetsk, Luqansk və Xerson üzərində Rusiyanın nəzarətini de-fakto tanıyır
- Moskva vilayətində generalın ölümü ilə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ
- Yer üzündə gizli məkan: İnsan tarixini dəyişən qədim KÖRPÜ
- Rusiya Bəşər Əsədi Suriyaya verməkdən imtina edib
- Rusiya XİN: "Milli maraqlarımıza zərər vuranlara cavab verəcəyik"