ABŞ-ın Nyu-York ştatında Oskar Herrera adlı yanğınsöndürən yanan qayığı hidrosikl vasitəsi ilə söndürüb.
Alova qarşı qeyri-adi üsulla mübarizə aparan yanğınsöndürənin videosunu Roçester Yanğınsöndürən Assosiasiyası ictimailəşdirib.
Sosial şəbəkələrdə yayılan video qısa müddət ərzində çoxlu baxış sayı qazanıb.