Yaponiyanın şimalında 5.5 bal gücündə zəlzələ baş verib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı ölkənin meteorologiya idarəsi yayıb.
Yeraltı təkanların episentri Hokkaydo prefekturasının şərqində Sakit okeanda, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.
Hələlik tələfat və dağıntılar barədə məlumat verilmir.