İran və İsrailin qarşıdurması nəticəsində Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi neftin qiymətinin 200-300 dollar/barel səviyyəsinə qalxmasına səbəb ola bilər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful ilə telefon danışığı zamanı İraqın xarici işlər naziri - baş nazirin müavini Fuad Hüseyn bildirib.
"Regionda münaqişənin davam etməsi və Hörmüz boğazının bağlanması ciddi iqtisadi sarsıntılara səbəb ola bilər. Hərbi əməliyyatların başlayacağı təqdirdə neftin qiyməti bir barel üçün 200-300 dollara qədər yüksələ bilər", - İraqın INA xəbər agentliyi Hüseynin sözlərindən sitat gətirib.