Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İranlı futbolçu ölkənin hava məkanının bağlanmasına görə dünya çempionatında iştirak edə bilməyəcək
İtaliyanın "İnter" futbol klubunun iranlı hücumçusu Mehdi Taremi klublararası dünya çempionatında iştirak etməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat verib.
Bundan əvvəl Tareminin turnirdə iştirak etmək üçün İrandan ABŞ-yə uça bilmədiyi bildirilirdi. İranın hava məkanı İsraildən ölkəyə endirilən zərbələrə görə cümə günündən etibarən bağlanıb.
Qeyd edək ki, iyunun 15-nə keçən gecə klublararası dünya çempionatı start götürüb."İnter"in qrup mərhələsindəki rəqibləri Meksikanın "Monterrey", Argentinanın "River Pleyt" və Yaponiyanın "Urava" klubları olacaq. İtaliya yığmasının turnirdə açılış matçını iyunun 17-nə keçən gecə Meksikadan olan rəqiblə keçirməsi nəzərdə tutulub.