Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yəməndən Təl-Əviv aeroportuna ballistik raket atılıb
Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər İsrailin Təl-Əvivdəki Ben-Qurion hava limanına hipersəsli ballistik raket zərbəsi endiriblər.
Oxu.Az xəbər verir ki, bunu husilərin hərbi nümayəndəsi Yahya Saria deyib.
Onun sözlərinə görə, hərbi əməliyyat zamanı "Fələstin-2" hipersəsli ballistik raketlə Ben-Qurion aeroportuna hücum edilib: "Bu əməliyyat öz məqsədinə uğurla çatıb".
Xatırladaq ki, Qəzza zolağında münaqişə kəskinləşəndən sonra "Ənsar Allah" İsrail ərazisini atəşə tutacağını bəyan edib.
"Ənsar Allah (husilər)" teqi üzrə xəbərlər
- Pentaqon rəhbərinin müşaviri məlumat sızması ilə bağlı araşdırma səbəbindən məzuniyyətə göndərilib
- "X" sosial şəbəkəsi husilərin hesabını blokladı
- Netanyahunun ABŞ-yə səfəri – Region üçün hazırlanan may sürprizləri
- KİV: Yəməndə husilərə qarşı quru əməliyyatı hazırlanır
- ABŞ Yəmənə zərbə endirdi: Həlak olanlar arasında SEPAH müşavirləri də var
Ən çox oxunanlar