Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yeni "Changan" krossoveri: 510 km-ə qədər məsafə qət etmək mümkündür
"Changan" şirkəti yeni "Deepal S05" modelini anons edib.
Bu barədə Oxu.Az Zr.ru-ya istinadən xəbər verir.
Məlumata görə, "Changan"ın oktyabrda debüt edəcək yeni "Deepal S05" yığcam krossoveri 2022-ci ildə yeni nəsil alıcılar üçün yaradılmış subbrendin model sırasını genişləndirəcək.
"Deepal S05" UNI seriyasından ilhamlanan hamar dizayn xətləri ilə fərqlənir və brendin marka xüsusiyyətlərini saxlayır.
Krossoverin uzunluğu 4620 mm, eni 1900 mm, hündürlüyü 1600 mm, təkər bazası isə 2880 mm təşkil edir ki, bu da manevr qabiliyyətini və sərnişinlər üçün məkan rahatlığını təmin edir.
Model iki versiyada təklif olunur: elektrik və hibrid. Elektrik versiya 175 kVt gücündə mühərriklə və 56.12 kVt/saat tutumlu akkumulyatorla təchiz edilib ki, bu da 510 km-ə qədər məsafənin qət edilməsinə imkan yaradır.
Hibrid versiyaya elektrik motoru və 1.5 litrlik mühərrik, 17.08 kVt/saat və 27.28 kVt/saat tutumlu akkumulyatorlar daxildir ki, bunun sayəsində təmiz elektrik rejimində müvafiq olaraq 100 km və 155 km məsafənin qət edilməsi mümkündür.
"Deepal S05"in interyeri yumşaq materiallardan istifadə edilməklə minimalist üslubda dizayn edilib, təhlükəsiz və rahat idarəetmə üçün böyük mərkəzi ekran, HUD texnologiyası və 2-ci səviyyəli avtopilot funksiyaları ilə təchiz edilib.
Rəylər