Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Yer kürəsi yeni peyk ələ keçirəcək
Sentyabrın sonunda Yerə yaxınlaşacaq 2024 PT5 asteroidi qısa müddət ərzində mini Aya çevriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Amerika Astronomiya Cəmiyyətinin tədqiqatçıları belə bir cismin Yerin orbitinə yaxınlaşdığını bildiriblər. Yeni peykin planeti 2024-cü il sentyabrın 29-dan noyabrın 25-dək müşayiət edəcəyi gözlənilir.
"Planet tərəfindən yeni peykin belə ələ keçirilməsi faktı unikal deyil, lakin maraqlıdır ki, söhbət təxminən 10 metr ölçülü asteroiddən gedir" , - deyə Rusiya AEA-nın Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov bildirib.
Onun sözlərinə görə, Günəş sistemində bir neçə milyon belə cisim var.
Astronom əmindir ki, Ay və Yer birgə cazibə qüvvəsi ilə ondan kifayət qədər tez xilas olacaqlar.
Onun sözlərinə görə, hadisə elə də təəccüblü görünmür, lakin bunun çox tez-tez baş verməsi ehtimalı azdır.
Harvard və Smitson Astrofizika Mərkəzində asteroid dinamikası üzrə tədqiqatçı Federika Spoto bildirib ki, 2024 PT5-in müşahidələri alimlərin Yerə yaxınlaşan və yerə çırpılan kosmik obyektlər haqqında biliklərini artıracaq.
"The New York Times" qeyd edir ki, Yerin cazibə qüvvəsindən qaça bilməyən və onun orbitinə düşən asteroidlərə mini-ay deyilir. Onları aşkar etmək və rəsmi olaraq müəyyən etmək çətindir və bəzən onlar süni obyektlərə - kosmik zibillərə çevrilirlər.
"Yer kürəsi" teqi üzrə xəbərlər
- İllər sonra bir ilk: Saturn planetinin məşhur halqaları "yoxa çıxacaq"
- Yer kürəsinə güclü maqnit qasırğası yaxınlaşır
- Astronavtdan MÖHTƏŞƏM KADR: Yerin üfüqündən kənarda Süd Yolu
- Elmdə maraqlı kəşf: Dünyanın yaradılışı Bibliyada yazıldığı kimidir
- Yerin fırlanma sürəti anomal dərəcədə artıb: Dünya vaxtından bir saniyə çıxara bilərlər