Sergiy Leşçenko Volodimir Zelenskinin Ofisinin rəhbər müşaviri vəzifəsindən azad edilməsini texniki məsələ adlandırıb.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
Məlumata görə, o və Mixaylo Podolyak birbaşa Zelenskinin Ofisinə məsləhətçi kimi təyin ediliblər.
O, həmçinin təsdiq edib ki, Zelenskinin Ofisinin rəhbəri Andrey Yermakın istefasından sonra onun müşavirləri də öz postlarından məhrum olurlar.
"Lakin Podolyak və mən Zelenskinin Ofisinə müşavir vəzifəsinə təyin olunmuşuq. Bu, elə də əhəmiyyətli dəyişikliklərə səbəb olmayıb", - deyə o, "Rada" televiziya kanalının efirində qeyd edib.
Keçmiş deputat və "Ukrzaliznıtsa" dövlət şirkətinin Müşahidə Şurasının hazırkı üzvü Sergey Leşenko Ukrayna Prezidentinin Ofis rəhbərinin müşaviri vəzifəsindən azad edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Ukrayna xəbərləri" nəşri məlumat verib.
Xəbərə görə, Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermakın istefasından sonra onun bütün müşavirləri və köməkçiləri də işdən çıxarılıb.
"Ukrayna Prezidenti Ofisinin rəhbərinin işdən çıxarılması ilə əlaqədar olaraq, onun köməkçiləri və müşavirləri (həm tam ştat, həm ştatdankənar) vəzifələrində çalışan şəxslər də vəzifələrindən azad ediliblər", - deyə Ofisdən bildirilib.
İşdən çıxarılanların tam siyahısı verilməyib. Lakin nəşr qeyd edib ki, Yermakın ştatdankənar məsləhətçiləri sırasında Mixaylo Podolyak, Darya Zarovnaya, Elina Elyanova və Aleksandr Rodnyanskinin də adı də sadalanır.
Qeyd edək ki, onun ştatda olan məsləhətçiləri Aleksandr Bevz, Liliya Paşinna, Viktoriya Romanova və Tatyana Qayduçenko olublar.