Perunun şimalında baş vermiş güclü zəlzələ ciddi dağıntılara səbəb olub.
RİA Novosti xəbər verir ki, zəlzələ nəticəsində 20-dək ev dağılıb, elektrik enerjisi təchizatında problemlər yaranıb, bəzi xəstəxanalar təxliyə olunub.
Ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil.
Peru prezidenti Martin Viskarra əhaliyə müraciət edərək təşviş üçün əsas olmadığını bildirib.
12.23
Peruda güclü zəlzələ olub.
Bu barədə ABŞ-ın Geoloji xidməti məlumat yayıb.
Bildirilir ki, 7,5 maqnitudalı yeraltı təkanların episentri Laqunas şəhərindən 85 kilometr aralıda yerləşib.
Dağıntı və tələfat haqqında məlumat yoxdur.